...

XİN: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artması üçün potensial mövcuddur (FOTO)

Siyasət Materials 6 Mart 2017 13:53 (UTC +04:00)
Bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır, ötən 25 il ərzində ölkələr arasındakı qarşılıqlı münasibətlər ciddi çətinliklərə və sarsıntılara məruz qalmayıb.
XİN: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artması üçün potensial mövcuddur (FOTO)

Bakı. Elmira Tariverdiyeva - Trend:

Bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır, ötən 25 il ərzində ölkələr arasındakı qarşılıqlı münasibətlər ciddi çətinliklərə və sarsıntılara məruz qalmayıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, ticarət dövriyyəsinin daha da böyüməsi üzərində işləmək lazımdır.

Onun sözlərinə görə, Moskvaya səfəri zamanı regional və beynəlxalq məsələlərin müzakirə olunacağı və iki ölkənin xarici işlər nazirlikləri arasında məşvərətlərin keçirilməsi və tədbirlər planının imzalanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti