...

Deputat: Mehman Hüseynovun əməllərində qanun pozuntusu var

Siyasət Materials 6 Mart 2017 18:58 (UTC +04:00)
Vətəndaş Mehman Hüseynovun əməllərində qanun pozuntusu var və bu, Azərbaycanın hüquq sistemi tərəfindən cəzalandırılmalı idi.
Deputat: Mehman Hüseynovun əməllərində qanun pozuntusu var

Bakı. Trend:

“Vətəndaş Mehman Hüseynovun əməllərində qanun pozuntusu var və bu, Azərbaycanın hüquq sistemi tərəfindən cəzalandırılmalı idi”. Bunu Trend-ə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu tamamilə normal bir haldır və bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da hüquqi meyarlarla bağlı heç kimə əlahiddə güzəşt tətbiq olunmamalıdır:

“Bütün Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdir. Düşünürəm ki, Mehman Hüseynovla bağlı qəbul olunmuş məhkəmə qərarını da məhz bu cür obyektiv şərh etmək lazımdır. Qətiyyən bunu manipulyasiya predmetinə çevirmək olmaz”.

Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və Azərbaycanda bütün münasibətlər, o cümlədən vətəndaş-dövlət münasibətləri hüquqi çərçivədə tənzimlənir:

“Azərbaycanda bütün ictimai münasibətlər və orada baş verən hadisələr mütləq şəkildə hüquqa söykənir və hüquqi yollarla bu məsələlər öz həllini tapır. Əlbəttə biz bilirik ki, Azərbaycanda xüsusi diqqət yetirilən məsələlərdən biri məhz bu hüquq və azadlıqların qorunmasıdır. Azərbaycan Konstitusiyasında da bu məsələ öz əksini tapıb. Ancaq çox təəssüf ki, hazırda söz və mətbuat azadlığı kimi mövzular ən çox istismara məruz qalan məsələlərdir. Diqqət yetirsək görərik ki, Avropanın xüsusi mərkəzləri tərəfindən bu məsələlər öz məqsədlərinə çatmaq üçün yeni dövlətlərə təzyiq vasitəsi kimi istifadə edilir. M.Hüseynov da insan hüquqlarını istismar edən bu cür beynəlxalq şəbəkələrin toruna düşən gənclərdən biridir və çox təəssüf ki, bu məsələ ilə hazırda manipulyasiya edilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti