...

Milli Məclisin bugünkü plenar iclasının ikinci hissəsi təxirə salınıb

Siyasət Materials 7 Mart 2017 15:32 (UTC +04:00)
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasının ikinci hissəsi "8 Mart- Beynəlxalq Qadınlar Günü" münasibətilə təxirə salınıb.
Milli Məclisin bugünkü plenar iclasının ikinci hissəsi təxirə salınıb

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasının ikinci hissəsi "8 Mart- Beynəlxalq Qadınlar Günü" münasibətilə təxirə salınıb.

Trend-in məlumatına görə, iclasın davamı martın 10-da keçiriləcək.

Qeyd edək ki, bugünkü iclasın gündəliyinə 13 məsələ daxil edilsə də, onlardan yalnız 5-i qəbul edilib.

Bunlar Milli Məclisi komitəsinin üzvünün seçilməsi, A.S.Quliyevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi, V.Ə.Xubanovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi, A.Q.Babayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi, Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti