...

Rəyasət Heyətinin sədri: Bosniya və Herseqovina Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 10 Mart 2017 08:00 (UTC +04:00)
Bosniya və Herseqovina suverenlik və ərazi bütövlüyü məsələlərində Azərbaycanın mövqeyini dəstəkləyir
Rəyasət Heyətinin sədri: Bosniya və Herseqovina Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir

Bakı. Yelena Kosolapova - Trend:

Bosniya və Herseqovina suverenlik və ərazi bütövlüyü məsələlərində Azərbaycanın mövqeyini dəstəkləyir.

Bunu Trend-ə müsahibəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç deyib.

M.İvaniç qeyd edib ki, Bosniya və Herseqovina Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş çoxtərəfli fəaliyyəti, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.

Rəyasət Heyətinin sədri onu da xatırladıb ki, 2013-cü ilin əvvəllərində Bosniya və Herseqovina Parlament Assambleyasının hər iki palatası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti