...

Azərbaycan və Rusiya yeni müqavilə imzaladılar

Siyasət Materials 10 Mart 2017 15:21 (UTC +04:00)
Rusiyanın Ryazan şəhərində yerləşən Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyası və Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında penitensiar xidmət üçün ixtisaslı kadrlar hazırlanması məqsədilə müqavilə bağlanıb.
Azərbaycan və Rusiya yeni müqavilə imzaladılar

Bakı. Trend:

Rusiyanın Ryazan şəhərində yerləşən Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyası və Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında penitensiar xidmət üçün ixtisaslı kadrlar hazırlanması məqsədilə müqavilə bağlanıb.

Trend-in məlumatına görə, Müqavilə əsasında cari ilin aprel ayında keçiriləcək müsabiqədən keçəcək layiqli namizədlər rus dili bilən, orta təhsil bazasında olan Azərbaycan vətandaşları təhsil almaq məqsədilə Pentensiar Xidmət tərəfindən qeyd olunan Akademiyaya təhsil almağa göndəriləcək.

Akademiyada təhsil almağa layiq görülənlər 5 il müddətinə dövlət tərəfindən təhsil almaq, yataqxanada yaşamaq, gündə normaya uyğun olaraq 3 dəfə qidalanmaq, xidməti forma, idman şəhərciyi ilə təmin olunacaqlar.

RF Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyasında təhsil almaq arzusunda olanlar 2017-ci il martın 10-dan mayın 5-dək Penitensiar Xidmətin Kadrlar idarəsinə ərizə ilə müraciət edə bilərlər.

Ətraflı məlumat üçün: Penitensiar Xidmətin Kadrlar idarəsi - (012) 493-44-89, (012) 498-71-06, (077) 235-00-44

Məqalədə:
Xəbər lenti

Xəbər lenti