...

Macarıstanın hökumət üzvləri Azərbaycana səfər edəcək

Siyasət Materials 10 Mart 2017 21:20 (UTC +04:00)
Macarıstanın hökumət üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Macarıstanın hökumət üzvləri Azərbaycana səfər edəcək

Bakı. Səba Ağayeva - Trend:

Macarıstanın hökumət üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Trend-in Macarıstan səfirliyindən əldə etdiyi məlumata görə, mədəniyyət naziri Peter Hoppal, xarici işlər nazirinin müavini Jolt Çutora və digər hökumət üzvlərindən ibarət nümayəndə heyətinin səfəri 16-18 mart tarixlərində nəzərdə tutulub.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda keçiriləcək Macarıstan günləri ilə bağlı tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, Macarıstan günləri çərçivəsində keçiriləcək tədbirlərin təşkilatçısı bu ölkənin Azərbaycandakı səfirliyidir. Macarıstan günləri çərçivəsində müxtəlif təqdimatlar, konsertlər, sərgilər və digər tədbirlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti