...

İndoneziyanın vitse-prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Siyasət Materials 11 Mart 2017 16:06 (UTC +04:00)
İndoneziyanın vitse-prezidenti M.Yusuf Kalla Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.
İndoneziyanın vitse-prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Bakı. Trend:

İndoneziyanın vitse-prezidenti M.Yusuf Kalla Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Sizin yeni vəzifəyə təyin edilməyiniz İndoneziya və Azərbaycan arasında mövcud dostluq münasibətlərinin hər iki xalqın rifahı üçün daha da genişlənəcəyi və möhkəmlənəcəyi işinə töhfələr verəcək.

Sizə yüksək dövləti vəzifədə uğurlar diləyirəm. Xahiş edirəm, mənim ən dərin ehtiramımı qəbul edəsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti