...

Prezident İlham Əliyevin “Credit Agricole SA” şirkətinin baş direktoru ilə görüşü olub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 13 Mart 2017 12:25 (UTC +04:00)
Prezident İlham Əliyevin “Credit Agricole SA” şirkətinin baş direktoru ilə görüşü olub.
Prezident İlham Əliyevin “Credit Agricole SA” şirkətinin baş direktoru ilə görüşü olub (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca ilə görüşü olub.

Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olundu. Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında müxtəlif layihələrin uğurla maliyyələşdirildiyi qeyd edildi. Bir çox layihələrin artıq icra olunduğu, “Credit Agricole SA” şirkətinin “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi bildirildi, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti