...

Prezident İlham Əliyev "Thales International" şirkətinin baş vitse-prezidenti ilə görüşüb (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 13 Mart 2017 14:11 (UTC +04:00)
Prezident İlham Əliyev “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb.
Prezident İlham Əliyev "Thales International" şirkətinin baş vitse-prezidenti ilə görüşüb (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Thales lnternational” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında iyirmi ildən çoxdur uğurlu əməkdaşlıq edildiyi məmnunluqla xatırlanıb, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirilib. “Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar cəmiyyətləri ilə müxtəlif layihələrin reallaşdırıldığı qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müəyyən işlərin görüləcəyi diqqətə çatdırılıb.

Söhbət zamanı əməkdaşlığın gələcəkdə davam etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti