...

Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı ilə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər

Siyasət Materials 13 Mart 2017 15:26 (UTC +04:00)
Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər.
Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı ilə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərovun sözlərinə görə, hətta ola bilsin, Konstitusiyanın tələblərinə uyğun olaraq bununla bağlı ayrıca qanun da qəbul edilə bilər:

“Yaxud birinci vitse-prezident və ya vitse-prezident barədə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan əsasnamə də ola bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti