...

Elman Nəsirov: Niderland qorxuya düşüb

Siyasət Materials 13 Mart 2017 16:16 (UTC +04:00)
Türkiyə xarici işlər nazirinin təyyarəsinin Niderlanda buraxılmaması Niderlandın Türkiyəyə qarşı qərəzidir.
Elman Nəsirov: Niderland qorxuya düşüb

Bakı. Samir Əli - Trend:

Türkiyə xarici işlər nazirinin təyyarəsinin Niderlanda buraxılmaması Niderlandın Türkiyəyə qarşı qərəzidir.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, Niderland bu addımı ilə bir daha sərbəst toplaşma azadlığına mane olduğunu bəyan edir: "Bu, dünya tarixində analoqu olmayan bir hadisədir. Bu ona dəlalət edir ki, Avropa İttifaqının, onun ayrı-ayrı üzvlərinin, əlində bayraq etdiyi sərbəst toplaşma azadlığı, insan hüquqlarının müdafiəsi, demokratiya ilə bağlı yanaşmalar sabun köpüyündən başqa bir şey deyil. Bu bir fon yaratmaqdır. Reallıqda isə Niderlandda nə insanların sərbəst toplaşmaq hüququ, nə də insan hüquqlarının müdafiəsinə hörmət var. Bu gün bütün beynəlxalq ictimaiyyət buna bir daha şahid oldu. Türkiyədə keçiriləcək referendumda xalqın əksəriyyəti "hə" deyəcək və Niderland da bundan qorxuya düşüb. Onlar müsəlman ölkəsi olaraq Türkiyənin güclənməsini istəmir".

Millət vəkili qeyd edib ki, Niderlandın bu davranışı beynəlxalq hüquq normalarına sığmır: "Türkiyə artıq sanksiyalar tətbiq etmək barədə mövqeyini ortaya qoyub. Hesab edirəm ki, Niderland bu məsələyə düzgün qiymət verməli və Türkiyə ilə münasibətləri bərpa etməyə çalışmalıdır".

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə nota ünvanlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti