...

Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib

Siyasət Materials 13 Mart 2017 16:16 (UTC +04:00)
Avstraliya Parlamentində fəaliyyət göstərən Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib.
Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib

Bakı. Trend:

Avstraliya Parlamentində fəaliyyət göstərən Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib.

Azərbaycanın Avstraliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, ümumi sayı 25 nəfərdən ibarət Dostluq Qrupunun tərkibinə həm Senatda (yuxarı palata), həm də Nümayəndələr Palatasında (aşağı palata) təmsil olunan aparıcı siyasi partiyaların üzvləri daxildir.

Bu, Avstraliya Parlamentində fəaliyyət göstərən ən çoxsaylı dostluq qruplarından biridir. Hakim Liberallar Partiyasından olan senator Kristofer Bək (Christopher Back) qrupun sədri vəzifəsinə təsdiq edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisində də 18 millət vəkilindən ibarət Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri deputat Xanlar Fətiyevdir. Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kristofer Bək 2016-cı ilin sentyabr ayında Azərbaycanda keçirilmiş ümumxalq səsverməsini (referendumu) müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olub. O, referendumun yüksək səviyyədə təşkil olunduğunu bildirib. Bununla yanaşı, Kristofer Bək 14 fevral 2017-ci il tarixində Avstraliya Senatının iclası zamanı Xocalı soyqırımı ilə bağlı bəyanat verib. Bu, Xocalı soyqırımı ilə bağlı Avstraliya Parlamentində səsləndirilmiş ilk bəyanat olub. Parlamentlərarası əməkdaşlıq Azərbaycan ilə Avstraliya arasında ikitərəfli münasibətlərin genişləndirilməsində xüsusi rol oynayır. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları dövlətlərimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti