...

Oleq Kuznetsov: Bütün bəşəriyyəti Xocalı soyqırımının tanınması ilə bağlı petisiyanı dəstəkləməyə çağırıram

Siyasət Materials 14 Mart 2017 10:22 (UTC +04:00)
Xocalıda törədilmiş cinayətlər bu gün Suriya və İraqda da törədilir.
Oleq Kuznetsov: Bütün bəşəriyyəti Xocalı soyqırımının tanınması ilə bağlı petisiyanı dəstəkləməyə çağırıram

Bakı. Elçin Mehdiyev – Trend:

“Xocalıda törədilmiş cinayətlər bu gün Suriya və İraqda da törədilir. Ona görə də ən birinci səbəb aradan qaldırılmayana, yəni Xocalı soyqırımı tanınmayana qədər bu cür cinayətlərin qarşısını almaq mümkün olmayacaq. Ona görə də mən martın 6-da Xocalı soyqırımının tanınması ilə bağlı Rusiya parlamentinə bu soyqırımın tanınması ilə bağlı petisiya təşəbbüsü irəli sürmüşəm”.

Trend-in məlumatına görə, bunu rusiyalı politoloq Oleq Kuznetsov Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O.Kuznetsov deyib ki, petisiyanın ünvanı Dövlət Dumasının deputatları və Federal Şuradır. O qeyd edib ki, erməni separatçıları tərəfindən Xocalıda törədilmiş soyqırım terrorizm cinayəti və insanlıq əleyhinə cinayətdir:

“Artıq bu petisiyanın qəbul edilməsi mənim səlahiyyətimdə deyil. Lakin düşünürəm ki, bu məsələni qaldırmaq lazım idi. İyirminci əsrin sonunda törədilmiş bu cür vəhşi cinayətlə bağlı bu petisiyanın qaldırılması vacibdir. Xocalıda törədilmiş cinayətlər bu gün Suriya və İraqda da törədilir. Ona görə də ən birinci səbəb aradan qaldırılmayana, yəni Xocalı soyqırımı tanınmayana qədər bu cür cinayətlərin qarşısını almaq mümkün olmayacaq. Məhz buna görə də mən bu petisiyanı tək azərbaycanlıları yox, bütün bəşəriyyəti dəstəkləməyə çağırıram. Terrorizmin məhv edilməsini dəstəkləyən bütün insanlar bu petisiyaya dəstək verməlidirlər ".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti