...

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

Siyasət Materials 15 Mart 2017 19:31 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təbrik edib.

Həmçinin xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edənlər arasında Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə də var.

Azərbaycanın Xalq Artisti Amaliya Pənahova da Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib.

Xanım Mehriban Əliyevaya Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə “ARB Media Qrup”un İdarə Heyətinin sədri İsmət Səttarov da təbrik məktubu ünvanlayıb.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti