...

İtaliya Prezidenti: Qlobal Bakı Forumu müxtəlif insanlar arasında dialoqa və əməkdaşlığa yardım edir

Siyasət Materials 16 Mart 2017 14:20 (UTC +04:00)
Müasir dövr beynəlxalq ictimaiyyət qarşısında dayanan vacib və təxirəsalınmaz məsələlər barədə düşünməyə məcbur edir
İtaliya Prezidenti: Qlobal Bakı Forumu müxtəlif insanlar arasında dialoqa və əməkdaşlığa yardım edir

Bakı. Azad Həsənli - Trend:

Müasir dövr beynəlxalq ictimaiyyət qarşısında dayanan vacib və təxirəsalınmaz məsələlər barədə düşünməyə məcbur edir.

Trend-in məlumatına görə, bu fikir İtaliya Prezidenti Sercio Mattarellanın V Qlobal Bakı Forumunun açılışında İtaliyanın Bakıdakı səfiri Campaolo Kutillo tərəfindən oxunan məktubunda yazılıb.

Məktubda qeyd olunur ki, bu məsələlər arasında vacib əhəmiyyətli prioritet mədəniyyətlərarası dialoqun təşviq olunmasıdır: “Beynəlxalq ictimaiyyətin ümumi irsinin tərkib hissəsi olmalı olan müxtəlifliyə hörmət və əsas azadlıqların müdafiəsi daimi şəkildə zorakı təzyiqə məruz qalır”.

Məktubda o da bildirilir ki, Forumun keçirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri müxtəlif insanlar, mədəniyyətlər və məzhəblər arasında dialoq və əməkdaşlıq üçün çox vacibdir.

Qeyd edək ki, bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti