...

İlham Əliyev Macarıstan Prezidentini təbrik edib

Siyasət Materials 17 Mart 2017 17:02 (UTC +04:00)
Prezident İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.
İlham Əliyev Macarıstan Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Macarıstan Prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Macarıstanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Macarıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın dinamik və hərtərəfli inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti