...

Zərif: Prezidentlərin qarşılıqlı səfərləri Azərbaycan-İran əlaqələrini daha da genişləndirmək üçün möhkəm iradənin göstəricisidir

Siyasət Materials 17 Mart 2017 18:35 (UTC +04:00)
Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
Zərif: Prezidentlərin qarşılıqlı səfərləri Azərbaycan-İran əlaqələrini daha da genişləndirmək üçün möhkəm iradənin göstəricisidir

Bakı. Trend:

Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ortaq tarixi, mədəni və dini dəyərlərə söykənən Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, dövlət başçıları arasında səfər mübadiləsi, iki ölkənin yüksək rəsmilərinin görüşləri, həmçinin regional və beynəlxalq forumlarda nümayiş etdirilən qarşılıqlı dəstəyin əlaqələrimizi əsaslı şəkildə gücləndirdiyini bildirib.

E.Məmmədyarov İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmamazlığını dəstəkləyən mövqeyinə görə təşəkkürünü ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin rəhbərliyi altında iki ölkə arasında uğurlu əməkdaşlıq və səmimi qonşuluq, qarşılıqlı etimad və anlaşmaya söykənən Azərbaycan-İran qardaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif E.Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində hər iki ölkə hökumətlərinin səyləri nəticəsində Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə nəzərəçarpacaq dərəcədə genişləndiyini qeyd edib.

M.C.Zərif son illərdə iki ölkə prezidentləri arasında həyata keçirilən 7 səfər mübadiləsinin Azərbaycan və İranın ikitərəfli əlaqələri daha da genişləndirmək üzrə nümayiş etdirdikləri möhkəm iradənin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan və İran arasında dərin mədəni və tarixi bağlılığın mövcud olduğunu qeyd edən İranlı nazir ikitərəfli əlaqələrimizin hər iki xalqın maraqları və regionda davamlı sülhün yaradılması baxımından bundan sonra da genişlənməkdə davam edəcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti