...

Niyə ermənilər Novruzu qeyd etmirlər?

Siyasət Materials 22 Mart 2017 15:06 (UTC +04:00)
Avropa və Asiyanı əhatə edən və yüz milyonlarla insanın yaşadığı geniş arealda Novruz bayramı dostluq və qardaşlıq bayramı hesab olunur və təkcə müsəlman xalqları tərəfindən yox, digər xalqlar və dinlər tərəfindən, o cümlədən ruslar, ukraynalılar, gürcülər, yəhudilər, koreyalılar, almanlar və digərləri tərəfindən qeyd olunur.
Niyə ermənilər Novruzu qeyd etmirlər?

Bakı. Trend:

Elxan Ələsgərov, "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə doktoru

Hər il marıtn 21-22-i Ermənistan əhalisi istisna olmaqla Azərbaycanda, İranda, Türkiyədə, Gürcüstanda, Hindistanda, Pakistanda, Əfqanıstanda, Özbəkistanda, Makedoniyada, Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda, İraqda, Suriyada yaşayan müxtəlif xalqlar və dini qruplar, Çinin qərb əyalətlərinin sakinləri, eləcə də tatarlar, başqırdlar, Şimali Qafqaz və Rusiyanın digər vilayətlərində yaşayan xalqlar bahar bayramı və günəş təqviminə görə yeni ilin gəlişini - Novruz bayramını qeyd edirlər. Avropa və Asiyanı əhatə edən və yüz milyonlarla insanın yaşadığı geniş arealda Novruz bayramı dostluq və qardaşlıq bayramı hesab olunur və təkcə müsəlman xalqları tərəfindən yox, digər millətlər və dinlər tərəfindən, o cümlədən ruslar, ukraynalılar, gürcülər, yəhudilər, koreyalılar, almanlar və digərləri tərəfindən qeyd olunur.

Novruz bayramı dünyada ən qədim bayramlardan biridir və yeni həyatın başlanğıcını simvolizə edir. Bu bayram rəsmi statusunu Əhəmənilər imperiyası (e.ə. VI-IV əsrlər) dövründə əldə edib. Bu bayramı xristianlıq və islam yayıldıqdan sonra da qeyd edirlər. Bayramın yaranması Günəşə pərəstişlə və qədim fars peyğəmbəri Zərdüştün adı ilə bağlıdır. Zərdüştilərin müqəddəs kitabı "Avesta" Novruz bayramının qeyd olunduğu ən qədim mənbədir. Avesta təliminə əsasən, insanlar hər yaz dünyada "altı növ" həyatın doğulmasını qeyd etməlidir - səma, su, yer, bitkilər, heyvanlar və insanlar. Rəvayətə görə, bu gün çoxlu əfsanəvi hadisə baş verib, o cümlədən Zərdüşt insanlara xoşbəxtlik gətirməsi üçün tanrı seçilib və Təhmuras zalım insanlar və divləri zindana salıb. Qədim zamanlardan bəri iudaizm, xristianlıq və islama pərəstiş edən çoxsaylı xalqlarda bu gün də Novruz bayramının qeyd olunması ənənələri qalıb. Novruzun qədim adətləri bizi təkcə qədim sivilizasiya ilə birləşdirmir, həm də keçmiş, indi və gələcəyi bir-birinə bağlayır.

Amma bu faktı qeyd etmək lazımdır ki, çoxlu xalqların və millətlərin yaşadığı geniş regionda Novruz bayramını qeyd etməyən yeganə qonşularımız ermənilərdir. Bu, tarixi erməni xalqının bu günkü haylarla eyniliyini sual altına qoyur. Məlumdur ki, Novruz bayramını ərəb istilasına və İslamın yayılmasına qədər Yaxın Şərqdə və Mərkəzi Asiyada yaşayan bütün xalqlar qeyd edirdi. Bundan başqa, Novruz bayramı milli bayram, konkret etnosa aid olan özəl ənənə deyil. Bu, təbii hadisənin - günəş təqvimi ilə Yeni ilin gəlişinin qeyd olunmasıdır.

Niyə ermənilər Novruz bayramını qeyd etmir? - sualına cavab olaraq bir neçə fərziyyə irəli sürmək olar. Amma əsas versiya odur ki, Ermənistanın indiki ərazilərində məskunlaşmış hay tayfasının davamçıları günəş təqvimi ilə yeni ilin gəlişi (Novruz) barədə tarixi yaddaşa malik deyillər. Bu, hay tayfalarının kənarda yaranmasının və Cənubi Qafqazda daha sonra peyda olmasının aşkar sübutudur. Bu və ya digər şəkildə Novruz bayramını qeyd edən qonşularından fərqli olaraq, ermənilərin özlərini niyə "avtoxton və regionda ən qədim xalq" adlandırdıqları sualı hələ də cavabsız qalır.

http://bakunetwork.com

Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti