...

MDB XİN Şurasının növbəti iclasının vaxtı açıqlandı

Siyasət Materials 23 Mart 2017 11:39 (UTC +04:00)
MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının növbəti iclası aprelin 7-də Daşkənddə keçiriləcək.
MDB XİN Şurasının növbəti iclasının vaxtı açıqlandı

Bakı. Trend:

MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının növbəti iclası aprelin 7-də Daşkənddə keçiriləcək.

Bu barədə Trend təşkilatın İcraiyyə Komitəsinə istinadən məlumat verir.

İclasda MDB ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Birlik formatında hərtərəfli qarşılıqlı fəaliyyət məsələlərini, MDB məkanında əməkdaşlığın möhkəmləndirilməsi üzrə praktiki tədbirləri və təşkilatın regional və beynəlxalq rolunun artırılmasını müzakirə edəcəklər.

Həmçinin XİN rəhbərləri mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi və MDB-nin xarici sərhədlərində böhran vəziyyətlərinin nizamlanması məsələlərinə baxacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti