...

Səfir: Pakistan Azərbaycanla münasibətlərin səviyyəsindən razıdır

Siyasət Materials 23 Mart 2017 12:27 (UTC +04:00)
Azərbaycanla Pakistan arasında münasibətlər ən yüksək səviyyədədir.
Səfir: Pakistan Azərbaycanla münasibətlərin səviyyəsindən razıdır

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycanla Pakistan arasında münasibətlər ən yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Diplomat qeyd edib ki, tərəflər 25 ildir ki münasibətləri uğurla inkişaf etdirirlər: "Bu müddət ərzində Azərbaycana Pakistanın üç prezidenti və iki baş naziri səfər edib".

S.Mohmand bildirib ki, bütün yüksək səviyyəli səfərlər ikitərəfli əməkdaşlığın intensivliyini bir daha təsdiq edir.

Səfir əlavə edib ki, Azərbaycan və Pakistan əməkdaşlığı müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, ərzaq, mədəniyyət və sosial sahələrdə inkişaf etdirirlər: "Hər iki ölkə qarşılıqlı münasibətlərin inkişafı üçün nəhəng potensiala malikdir".

Diplomat Azərbaycanda işlədiyi müddətdə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

S.Mohmand Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi təşəbbüsünün əhəmiyyətini də qeyd edib: "Pakistan idmançılarının bu Oyunlara hazırlığı davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti