...

Praqada Azərbaycan haqqında sərgi təşkil edilib (FOTO)

Siyasət Materials 28 Mart 2017 12:44 (UTC +04:00)
Praqada Bakı Dövlət Universiteti və Karl universitetlərinin biologiya fakültələrinin əməkdaşlığının 45 illiyinə həsr edilmiş Azərbaycan haqqında foto sərgi təşkil edilib.
Praqada Azərbaycan haqqında sərgi təşkil edilib (FOTO)

Bakı. Trend:

Praqada Bakı Dövlət Universiteti və Karl universitetlərinin biologiya fakültələrinin əməkdaşlığının 45 illiyinə həsr edilmiş Azərbaycan haqqında foto sərgi təşkil edilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Praqanın məhşur Karl Universitetinin Biologiya fakültəsinə məxsus Botanika bağında Bakı Dövlət Universiteti və Karl universitetlərinin biologiya fakültələrinin əməkdaşlığının 45 illiyinə həsr edilmiş Azərbaycan haqqında foto sərgi təşkil edilib. Fotosərgi hər iki universitetin biologiya fakültəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin töhfəsi əsasında təşkil edilib. Sərgi bir həftə ərzində davam edib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev sərginin keçirildiyi Botanika bağına səfər edərək, Azərbaycan haqqında nümayiş etdirilən fotolarla tanış olub. Səfir Fərid Şəfiyev sərgi təşkilatçıları ilə görüşüb və Azərbaycan səfirliyinin tədbirin keçirilməsinə töhfə verməsindən və ölkələrimizin universitetləri arasında çox yaxın əməkdaşlıq əlaqələrinin bərqərar olmasından dolayı məmnunluğunu ifadə edib.

Sözügedən sərgidə Azərbaycanın flora və faunası, milli təbii qoruqları, ölkəmizin təbiətinin əsrarəngiz zənginliyini ehtiva edən fotolar nümayiş etdirilib və sərgiyə təşrif buyuran qonaqların marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti