...

Azərbaycan Prezidenti: Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkəmizdə yeni reallıqlar yaradıb

Siyasət Materials 28 Mart 2017 14:31 (UTC +04:00)
Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilir və ölkəmizdə yeni reallıqlar yaradıb.
Azərbaycan Prezidenti: Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkəmizdə yeni reallıqlar yaradıb

Bakı. Trend:

Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilir və ölkəmizdə yeni reallıqlar yaradıb.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, - bu gün də əlbəttə, bu vəzifə qarşımızda durur, - bütün infrastruktur layihələri icra edilsin, müasir infrastruktur yaradılsın, elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorasiya problemləri həll olunsun, kənd yolları, magistral yollar tikilsin və bu, özlüyündə sürətli iqtisadi və sosial inkişafa təkan verəcək. Belə də oldu. Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafına dair artıq bir neçə Dövlət proqramı icra edilib, görərik ki, bu proqramların çox böyük əhəmiyyəti var. İnfrastruktur layihələri icra olunandan sonra biznes üçün daha da yaxşı şərait yaradıldı".

Prezident əlavə edib ki, Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət aparır, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yeni ixrac bazarlarının araşdırılması və o bazarlara çıxmağımız ölkəmizin hərtərəfli inkişafına gətirib çıxarıb:

"Biz fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik. Qeyri-neft sektorunun inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki, daha da fəal iş aparılacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti