...

Lukaşenko: Hansı ölkə Lapşini axtarışa vermişdisə, ona da təhvil verdik

Siyasət Materials 28 Mart 2017 14:50 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə danışıb.
Lukaşenko: Hansı ölkə Lapşini axtarışa vermişdisə, ona da təhvil verdik

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə danışıb.

Trend-in məlumatına görə, A.Lukaşenko Ermənistanın bu məsələ ilə bağlı heç bir əlaqəsi olmadığını deyib.

O, bu fikirlərini Ermənistanın Belarusdakı səfiri Armen Xaçaturyanla görüşü zamanı səsləndirib. “Ermənistanın bu işlə nə əlaqəsi var? Heç Ermənistan mənə A.Lapşinlə bağlı heç nə deməyib. Lapşin bir ölkə - Azərbaycan tərəfindən axtarışa verilmişdi”.

Aleksandr Lukaşenko əlavə edib: “İnterpol bilirdi. Biz məlumat vermişdik. Bəs kimə təhvil verməli idik? Hansı ölkə onu axtarışa vermişdisə, ona da təhvil verdik. Ümumiyyətlə, sizə ilk dəfə belə bir söz açıqlayım ki, onu heç kəs təhvil almaq istəmirdi. O, 3 ölkənin vətəndaşı idi – amma həmin ölkələrdən heç biri onu istəmirdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti