...

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir

Siyasət Materials 30 Mart 2017 15:15 (UTC +04:00)
“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilir.
“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilir.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

“Dərman vasitələri haqqında” qanunun hazırki variantına əsasən, Azərbaycanda istehsal edilən və ölkəyə idxal olunan dərman vasitələri qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılır.

Qanuna edilən yeni dəyişikliyə əsasən, dərman vasitələri qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirilən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirlən qurumlar tərəfindən sertifikatlaşdırılır.

Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, yeni dəyişiklik qanunun “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə edilir.

Qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti