...

Səməd Seyidov: Ermənistanda demokratik seçki obrazını yaratmaq cəhdi baş tutmadı

Siyasət Materials 3 Aprel 2017 13:44 (UTC +04:00)
“Heç kimdə şübhə yox idi ki, Ermənistanda keçirilən parlament seçkiləri seçki adını daşımağa layiq deyil”.
Səməd Seyidov: Ermənistanda demokratik seçki obrazını yaratmaq cəhdi baş tutmadı

Bakı. Elçin Mehdiyev - Trend:

“Heç kimdə şübhə yox idi ki, Ermənistanda keçirilən parlament seçkiləri seçki adını daşımağa layiq deyil”.

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Ermənistanda demokratik seçkilərin keçirilməsi obrazını yaratmaq cəhdi baş tutmadı: “Beynəlxalq səviyyədə də bu məsələ çox ciddi müzakirə olunacaq”.

S.Seyidov vurğulayıb ki, Ermənistanda real, xalqın fikrini əks etdirən seçkilərin keçirilməsi mümkün deyil: “Seçki saxtakarlığı ilə bağlı yol verilmiş digər qanun pozuntuları da bu yaxınlarda üzə çıxacaq, bununla bağlı müzakirələr aparılacaq”.

Qeyd edək ki, ötən gün Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə bir çox qalmaqallı hadisələr baş verib və geniş saxtakarlıqlar müşahidə olunub. Hətta Ermənistan prezidenti Serj Sarkisyanın adı seçici siyahısında olmayıb. Seçki saxtakarlığı ilə bağlı bir neçə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti