...

Deputat: Ermənistandakı seçkidə aparılan oyun qaydası Rusiyanın maraqlarına cavab verir

Siyasət Materials 3 Aprel 2017 15:43 (UTC +04:00)
Ermənistanda keçirilən seçkilərin necə başa çatacağı əvvəlcədən bəlli idi.
Deputat: Ermənistandakı seçkidə aparılan oyun qaydası Rusiyanın maraqlarına cavab verir

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanda keçirilən seçkilərin necə başa çatacağı əvvəlcədən bəlli idi. Bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Bu seçkilərin planlaşdırıldığı kimi sona çatdığını deyən deputat 2 aprel seçkilərinin əvvəl keçirilən seçkilərdən heç nə ilə fərqlənmədiyini söyləyib.

Onun sözlərinə görə, 2 aprel seçkiləri daha çox təsbit edilən saxtakarlıqlarla yadda qaldı:

"Sırf geosiyasi nöqteyi-nəzərdən yanaşsaq, bu seçki Ermənistanın deyil, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin baş verib-verməyəcəyində nə dərəcədə maraqlı olduğunu ortaya qoyacaq. Bu seçkidə aparılan oyun qaydası sırf Rusiyanın maraqlarına cavab verən oyun qaydası idi. Demək olar ki, hətta içərisi ilk baxışda qərbpərəst təsir bağışlayan "Çıxış" blokundan belə parlamentə düşənlərin hamısı Ryusiyanın nəzarəti altında olan siyasi qüvvələrdir. Əgər bu qüvvələr Dağlıq Qarabağ münasişəsinin həlli ilə bağlı hansısa konstuktiv addımlar atmaq istəyəcəksə, bu, ondan xəbər verəcək ki, Rusiya doğrudan da münaqişənin həllində maraqlıdır”.

Qeyd edək ki, ötən gün Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə bir çox qalmaqallı hadisələr baş verib və geniş saxtakarlıqlar müşahidə olunub. Hətta Ermənistan prezidenti Serj Sarkisyanın adı seçici siyahısında olmayıb. Seçki saxtakarlığı ilə bağlı bir neçə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti