...

İlham Əliyev: Qəbul edəcəyimiz qərarlar Azərbaycanla Qazaxıstan arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcək

Siyasət Materials 3 Aprel 2017 14:16 (UTC +04:00)
Qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək.
İlham Əliyev: Qəbul edəcəyimiz qərarlar Azərbaycanla Qazaxıstan arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcək

Bakı. Trend:

Qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə məhdud tərkibdə görüşündə deyib.

Dövlət başçısı bildirib: "Nursultan Abişeviç, xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyə çox şadam. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Bizim münasibətlərimiz çox uğurla inkişaf edir. Biz bir sıra istiqamətlər üzrə əməkdaşlıq edir, beynəlxalq aləmdə həmişə bir-birimizi dəstəkləyir, regionda çoxsaylı mühüm birgə tədbirlər, təşəbbüslər həyata keçiririk".

Prezident İlham Əliyev qeyd edib ki, bugünkü səfərin gündəliyi kifayət qədər genişdir:

"Müzakirə edəcəyimiz xeyli məsələlər var. Əminəm ki, qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək. Biz buna çox böyük əhəmiyyət veririk. Qazaxıstan bizim üçün dost, qardaş ölkədir. Onun çox böyük potensialı var və Sizin rəhbərliyinizlə Qazaxıstanın qazandığı nailiyyətlər dost kimi bizi sevindirir. Buna görə əminəm ki, səfəriniz çox məhsuldar, səmərəli olacaq, yaxşı nəticələr verəcək. Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq və regionumuzda daha əlverişli şərait yaradacaq. Bir daha xoş gəlmisiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti