...

Deputat: Aprel döyüşləri göstərdi ki, Azərbaycanın torpaqlarımızı azad etməyə qadir güclü ordusu var

Siyasət Materials 5 Aprel 2017 07:56 (UTC +04:00)
“Ermənistanın ötən ilin aprel ayındakı təxribatlarına cavab olaraq Milli Ordumuzun uğurlu əməliyyat keçirməsi bir daha göstərdi ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək imkanına malik güclü ordusu var”.
Deputat: Aprel döyüşləri göstərdi ki, Azərbaycanın torpaqlarımızı azad etməyə qadir güclü ordusu var

Bakı. Elçin Mehdiyev - Trend:

“Ermənistanın ötən ilin aprel ayındakı təxribatlarına cavab olaraq Milli Ordumuzun uğurlu əməliyyat keçirməsi bir daha göstərdi ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək imkanına malik güclü ordusu var”.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, təəssüf doğuran odur ki, Minsk qrupunun həmsədrlərinin söylədiklərindən belə fikir yaranır ki, Ermənistanın Azərbaycan torpaqlarını hərbi yolla işğal etməsinə göz yummaq lazımdır və dövlətimiz güc yolu ilə öz ərazilərini işğaldan azad edə bilməz:

“Bu, çox təəssüf doğuran bir haldır. Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərməlidir və işğalçı öz adı ilə çağırılmalıdır”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev aprel döyüşlərində iştirak etmiş bir qrup hərbçilərlə keçirdiyi görüşdə Azərbaycanın mövqeyini bir daha bəyan edərək Minsk qrupunun həmsədrlərini və Ermənistanı konstruktiv danışıqlara və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çağırdı: “Bunun başqa alternativi yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti