...

Zakir Həsənov Səudiyyə Ərəbistanı Kralı ilə görüşüb (FOTO)

Siyasət Materials 5 Aprel 2017 16:44 (UTC +04:00)
Zakir Həsənov Səudiyyə Ərəbistanı Kralı ilə görüşüb.
Zakir Həsənov Səudiyyə Ərəbistanı Kralı ilə görüşüb (FOTO)

Bakı. Trend:

Aprelin 5-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər ölkələrimiz arasında ikitərəfli əlaqələr və əməkdaşlıq istiqamətlərini, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə Səudiyyə Ərəbistanının dövlət naziri, Nazirlər Kabinetinin üzvü doktor İbrahim bin Əbdüləziz Al-Assaf, mədəniyyət və informasiya naziri doktor Adel bin Zaid Altoraifi və Azərbaycanın Krallıqdakı səfiri Rasim Rzayev də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti