...

Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 5 Aprel 2017 16:58 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Teruyuki Katorini qəbul edib.
Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Teruyuki Katorini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib. E.Məmmədyarov T.Katorini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

T.Katori iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadi, mədəni, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

E.Məmmədyarov Yaponiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin təqdir edildiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti