...

Belarus azərbaycanlıları ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat yayıb

Siyasət Materials 6 Aprel 2017 14:38 (UTC +04:00)
Belarus azərbaycanlıları Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb.
Belarus azərbaycanlıları ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Belarus azərbaycanlıları Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi ÜAK-ın ləğv edilməsi ilə bağlı edilən müraciətə görə narahatlığını bildirir. Belarus azərbaycanlıları hesab edir ki, bunun arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən insanlar və təşkilatlar dayanır. Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.

Uzun illərdir ÜAK-la əməkdaşlıq etdiyini diqqətə çatdıran təşkilat üzvləri bildirir ki, Konqres on ildən artıqdır iki qardaş xalq arasında özünəməxsus körpü və xalq diplomatiyası rolunu oynayaraq ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir:

“Hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK Rusiyadan kənarda da tanınır. Nəzərə almaq lazımdır ki, diaspor təşkilatları ictimai əsaslarla fəaliyyət göstərir və yaşadıqları ölkələrin ictimaiyyətini Vətəninin milli, mədəni, mənəvi dəyərləri ilə tanış olmasına kömək edir”.

Bəyanatda həmçinin deyilir: “Belarusda yaşayan azərbaycanlıların digər ölkələrin diaspor təşkilatları, eləcə də rus icması ilə yaxşı münasibətləri var və birlikdə çox sayda aksiya və tədbirlər keçiririk. Heç nə bizim dost və qardaş münasibətlərimizə xələl gətirə bilməz”.

“Azərbaycan İcmaları Konqresi” ümid edir ki, məsələ ilə bağlı düzgün qərar veriləcək və ÜAK bundan sonra da fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti