...

Hindistana getmək istəyənlər - Viza verilməsi qaydaları DƏYİŞDİRİLDİ

Siyasət Materials 6 Aprel 2017 18:56 (UTC +04:00)
Hindistanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşları üçün viza verilməsinin yeni qaydalarını elan edib
Hindistana getmək istəyənlər - Viza verilməsi qaydaları DƏYİŞDİRİLDİ

Bakı. Yelena Kosolapova - Trend:

Hindistanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşları üçün viza verilməsinin yeni qaydalarını elan edib.

Trend-in məlumatına görə, Hindistana istirahət, gəzinti, müalicə, ezamiyyət məqsədi ilə getməyi planlaşdıran Azərbaycan vətəndaşları onlayn formada viza ala biləcək. Elektron viza üçün anketi bu ünvanda doldurmaq olar: https://indianvisaonline.gov.in/evisa/Registration.

Elektron viza üçün rüsum haqqı 50 dollar təşkil edəcək. Elektron vizanın müddəti Hindistana daxil olan gündən 60 gün müddətində olacaq. Elektron viza ilə Hindistana 2 dəfə, elektron tibbi viza ilə 3 dəfə daxil olmaq mümkün olacaq. Viza üçün müraciət Hindistana gediş tarixinə dörd gündən gec olmayaraq təqdim edilməlidir.

Elektron vizadan əlavə daha uzun müddətə və digər məqsədlərlə adi viza almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti