...

Ukrayna azərbaycanlıları Baş Prokurorluq, Milli Polis və Təhlükəsizlik Xidmətinə müraciət ediblər

Siyasət Materials 7 Aprel 2017 23:32 (UTC +04:00)
Ukraynada yaşayan azərbaycanlılar son vaxtlar azərbaycanlı iş adamlarına və Azərbaycan şirkətlərinə məxsus yük dolu maşınların bu ölkədə ard-arda oğurlanması ilə bağlı Baş Prokurorluq, Milli Polis və Təhlükəsizlik Xidmətinin rəhbərliklərinə müraciət ünvanlayıblar
Ukrayna azərbaycanlıları Baş Prokurorluq, Milli Polis və Təhlükəsizlik Xidmətinə müraciət ediblər

Bakı. Trend:

Ukraynada yaşayan azərbaycanlılar son vaxtlar azərbaycanlı iş adamlarına və Azərbaycan şirkətlərinə məxsus yük dolu maşınların bu ölkədə ard-arda oğurlanması ilə bağlı Baş Prokurorluq, Milli Polis və Təhlükəsizlik Xidmətinin rəhbərliklərinə müraciət ünvanlayıblar.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporundan Trend-ə verilən məlumata görə, məktubda artıq intensiv xarakter alan bu halın qarşısının alınması, oğurlanan ağır tonnajlı və yüksək maddi dəyərə malik yük maşınlarının tapılması tələb olunub.

Müraciətdə son günlər Ukraynada baş verən iqtisadi islahatlar, xarici investorların ölkəyə cəlb edilməsi üçün cəhdlər, o cümlədən Azərbaycanla birgə ticarət palatasının yaradılması təşəbbüsləri fonunda baş verən bu oğurluqların arzuolunmaz nəticələrə gətirib çıxarma təhlükəsi də xatırladılıb. Həmçinin son zamanlar azərbaycanlılara qarşı artan cinayət hadisələri ilə yanaşı, iş adamlarının əmlaklarına qarşı təcavüzün vüsət almasından olduqca ciddi narahatlıq ifadə olunub.

Məktuba Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov başda olmaqla, təşkilatın bütün vilayətlər üzrə rəhbərləri, o cümlədən bir sıra vilayətlərin azərbaycanlılar konqresinin rəhbərləri də qoşulublar.

Qeyd edək ki, son günlər Ukraynada Azərbaycanın bir sıra şirkətlərinə məxsus, vasitəçilikdə öhdəçiliyi də azərbaycanlı iş adamları olan yüklərin olduğu 18-dək ağır tonnajlı maşın naməlum şəxslər tərəfindən oğurlanıb. Yük maşınlarının hər birinin maddi dəyərinin 200-300 min ABŞ dolları olduğu bildirilir. Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı xeyli vaxt keçməsinə baxmayaraq, heç bir ölçü götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti