...

Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin 10 illik yubileyi qeyd olunub (FOTO)

Siyasət Materials 9 Aprel 2017 20:38 (UTC +04:00)
Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin 10 illik yubileyi qeyd olunub.
Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin 10 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin 10 illik yubileyi qeyd olunub.

Tədbirdə iştirak edən tamaşaçı kütləsinin iştirakı, Niderlandda, Azərbaycana olan marağın nə qədər böyük olduğunu bir daha göstərmiş oldu ki, bu da özlüyündə sevindirici haldır. Əlbəttə ki, uğurların qazanılmasında, müvəffəqiyyətlərin əldə olunmasının arxasında, cəmiyyətin sədri olan Firəngiz Bağırovanın zəhməti dayanır.

Trend-in məlumatına görə, yubiley tədbiri Azərbaycan və Niderland dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarının çıxışlarından və təbrik nitqlərindən sonra Azərbaycan-Niderland dostluğunu özündə əks etdirən materialların təqdimatı olub. Cəmiyyətin 10 il ərzində fəaliyyət dövrünü özündə əks etdirən fotomateriallar xüsusilə diqqəti cəlb edib.

Musiqi nömrələri ilə tədbirə qatılmış Niderlandın "Klankrijk Drenthe" musiqi məktəbinin şagirdlərinin Azərbaycan bəstəkarlarının musiqisindən ibarət əsərləri ifa etməsi isə tədbirə daha da rəng qatıb. Alqışlarla qarşılanan bu çıxışlar Niderland vətəndaşının Azərbaycan musiqisinə heyranlığının bariz nümunəsidir.

Qeyd edək ki, Azərbaycanı, onun tarixini, mədəniyyətini yaşadıqları ölkələrin yerli əhalisinin diqqətinə çatdıraraq, tanıdılmasına xidmət göstərən cəmiyyətlərdən biri də əsası 10 il bundan əvvəl qoyulmuş, Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyətidir. Cəmiyyət mövcud olduğu illər ərzində Azərbaycan, onun mədəniyyəti, tarixi, musiqisi ilə bağlı müxtəlif tədbir və konsertlərin keçirilməsinə nail olub ki, bu da ölkəmizin onun hüdudlarından kənarda, eləcə də Avropanın aparıcı dövlətlərindən biri olan Niderlandda tanıdılmasında böyük uğurlar əldə edib. Bu uğurların əldə edilməsində “Odlar Yurdu” Cəmiyyətinin sədri, həmyerlimiz, 1996-cı ildən Niderlandda məskunlaşan Firəngiz Bağırovanın böyük əməyi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti