...

Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri XİN rəhbərlərinin iclasında iştirak edəcək

Siyasət Materials 10 Aprel 2017 09:38 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb.
Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri XİN rəhbərlərinin iclasında iştirak edəcək

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski və digər rəsmi şəxslərlə görüşəcək.

Polşaya səfər əsnasında azərbaycanlı nazir aprelin 12-də Varşavada keçiriləcək "Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

"Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti