...

Bələdiyyələr bu rüsumdan azad olunacaq

Siyasət Materials 11 Aprel 2017 12:13 (UTC +04:00)
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
Bələdiyyələr bu rüsumdan azad olunacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan respublikasının qanununa dəyişiklik müzakirə edilib.

Layihə haqqında məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, yeni layihəyə təklif olunan yeni dəyişikliklərə əsasən, bələdiyyələrə ödənilən fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə müvafiq bələdiyyənin təşkil edildiyi ərazi vahidləri hüdudlarında mülkiyyətində olan yaşayış və qeyri yaşayış sahələrinin ölçüləri və ünvanları, onların mülkiyyətçiləri olan fiziki şəxslər, hebelə fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torplaq sahələrinin ölçüləri və ünvanı barədə məlumatlar həmin bələdiyyə tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt ərzində ödənişsiz əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti