...

Elmar Məmmədyarov Polşa Seyminin başçısı ilə görüşüb (FOTO)

Siyasət Materials 11 Aprel 2017 16:09 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Polşa Seyminin başçısı Marek Kuçinski ilə görüşüb.
Elmar Məmmədyarov Polşa Seyminin başçısı ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Polşa Seyminin başçısı Marek Kuçinski ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Seymin başçısı Azərbaycan ilə əlaqələri xüsusi əhəmiyyət verdiyini və bu xüsusda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Görüşdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ümumilikdə 7 dəfə Polşaya səfər edib və bütün Polşa Prezidentləri Bakıda olub.

M.Kuçinski Polşanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını, Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişinin imzalanmasını dəstəklədiklərini qeyd edib.

E.Məmmədyarov Azərbaycan və Polşanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını diqqətə çatdırıb.

Nazir Seymin başçısına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib və münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şursının qəbul etdiyi 4 qətnamənin tələblərindən söz açıb. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti