...

Xorvatiya Prezidenti: Avropanın Azərbaycan qazının köməyi ilə enerji tədarükünün şaxələndirilməsinə ehtiyacı var (YENİLƏNİB)

Siyasət Materials 12 Aprel 2017 09:50 (UTC +04:00)
Avropa ölkələrinin Azərbaycan qazının köməyi ilə enerjidaşıyıcıların tədarükünün şaxələndirilməsinə ehtiyacı var.
Xorvatiya Prezidenti: Avropanın Azərbaycan qazının köməyi ilə enerji tədarükünün şaxələndirilməsinə ehtiyacı var (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Avropa ölkələrinin Azərbaycan qazının köməyi ilə enerjidaşıyıcıların tədarükünün şaxələndirilməsinə ehtiyacı var.

Trend-in məlumatına görə, bunu Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Bakıda keçirilən "Caspian Energy 2017" 4-cü beynəlxalq forumunun iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) qaz tədarükünün şaxələndirilməsi ilə bağlı bir çox işlər görülüb: "Bununla belə, Aİ-nin müəyyən nailiyyətlərinə baxmayaraq, bu məsələdə zəif məqamlar qalır. Bu, xüsusilə də Balkan, Şərqi Avropa və Baltik regionuna toxunur".

Prezident qeyd edib ki, energetika sahəsində əməkdaşlığın genişləndirilməsi Avropaya özünü daha müdafiə olunmuş və rəqabətqabiliyyətli hiss etməyə imkan verəcək:

"Bu məqsədlərə çatmaq üçün Avropa Xəzər regionu ölkələri ilə daha sıx əməkdaşlıq etməyə başlayıb. "Cənub Qaz Dəhlizi" Aİ üçün, onun enerji təhlükəsizliyi və tədarükün diversifikasiyası üçün çox əhəmiyyətlidir. Bu səbəbdən Azərbaycan Avropa üçün mühüm tərəfdaşdır".

K.Qrabar-Kitaroviç əlavə edib ki, Xorvatiya Azərbaycanda energetika sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir: "Bu, təkcə bizim üçün deyil, qonşularımız üçün də böyük əhəmiyyət daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti