...

Bahar Muradova: Ərazi iddiaları, iqtisadi-hərbi maraqlara əsaslanan siyasət dünyanı təhdid edir

Siyasət Materials 12 Aprel 2017 11:29 (UTC +04:00)
Bu gün ərazi iddiaları, iqtisadi və hərbi maraqlara, o cümlədən etnik bölgüyə əsaslanan siyasət dünyanı təhdid edir.
Bahar Muradova: Ərazi iddiaları, iqtisadi-hərbi maraqlara əsaslanan siyasət dünyanı təhdid edir

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün ərazi iddiaları, iqtisadi və hərbi maraqlara, o cümlədən etnik bölgüyə əsaslanan siyasət dünyanı təhdid edir.

Trend-in məlumatına görə, bunu Milli Məclis vitse-spikeri Bahar Muradova bu gün “İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

B.Muradova bildirib ki, indi bizi çox ciddi, insanlığı kataklizmə sürükləyən çağırışlar təhdid etməkdədir:

"Biz bu çağırışların qarşısına nə ilə çıxırıq? İslam həmrəyliyi, multikultural dəyərlərin təbliği ilə, dini, etnik, milli dözümlülüklə, səninlə bir ərazini bölüşən digər xalqların və millətlərin nümayəndələrinə hörmət hissi ilə yaşamaq, onların mədəniyyətlərinə hörmət hissi ilə yaşamaqla".

O qeyd edib ki, Azərbaycanın dünyaya verdiyi çağırışların mahiyyətində bunlar dayanır:

"Azərbaycan o ölkələrdəndir ki, onun milli, dini və etnik münasibətləri tənzimləyən qanunları bu ərazidə yaşayan xalqların və millətlərin minilliklər boyu formalaşmış münasibətlərinə, birgə yaşayış qaydalarına və onlar arasında harmoniyaya əsaslanır. Yəni, bu bizə kənardan gəlmə, yad fikir deyil, bu bizim həyat tərzimizdir, özümüzü ifadə formamızdır. Ona görə Azərbaycan bu gün çox böyük qətiyyətlə və uca səslə həm multikultural dəyərlərin daşıyıcısı və nümunəsini ortaya qoymuş bir ölkə kimi çıxış edir, eyni zamanda, islam həmrəyliyi mövzusunu və çağırışını irəli sürə bilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti