...

Siyavuş Novruzov: İslamiadanın Azərbaycanda keçirilməsi tolerantlığın və multikulturalizmin əsas göstəricisidir

Siyasət Materials 12 Aprel 2017 11:37 (UTC +04:00)
Ölkəmizdə islam həmrəyliyi ilə bağlı konfransların keçirilməsi əhəmiyyətlidir.
Siyavuş Novruzov: İslamiadanın Azərbaycanda keçirilməsi tolerantlığın və multikulturalizmin əsas göstəricisidir

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkəmizdə İslam həmrəyliyi ilə bağlı konfransların keçirilməsi əhəmiyyətlidir. Azərbaycanın bu missiyanı öz üzərinə götürməsi, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanda tolerantlığın və multikulturalizmin əsas göstəricisindən biridir.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

S.Novruzov bildirib ki, bu gün neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir:

"Bir sıra ölkələr insan hüquqlarını kənara qoyaraq, maddi maraqlara üstünlük verərək bu addımları atırlar. Artıq həmin ölkələrdə dövlət siyasəti belə formalaşıb. Belə bir anda kiçik Azərbaycan böyük addım ataraq 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etdi. Bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında bir sıra müsəlman ölkələrinin idmançıları bir-birilərinin əlini sıxacaqlar. Müsəlman ölkələrinin rəhbərləri də öz maddi maraqlarını kənara qoyub bir-birilərinin əlini sıxmalıdır. İslam həmrəyliyinin simvolu su götürülüb ki, bunun da böyük mənası var. Su - müsəlman ölkələrindəki alovun söndürülməsi üçün mühüm rol oynayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti