...

Nazir: Nəqliyyat sahəsində Polşa ilə əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli fayda verəcək

Siyasət Materials 12 Aprel 2017 14:41 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşa Prezidenti Administrasiyasının dövlət katibi Kşiştof Şçerski ilə görüşüb.
Nazir: Nəqliyyat sahəsində Polşa ilə əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli fayda verəcək

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Polşa Prezidenti Administrasiyasının dövlət katibi, Prezidentin kabinetinin rəhbəri Kşiştof Şçerski ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub və bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Polşanın Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasını dəstəklədiyi və bu strateji sənədə mühüm əhəmiyyət verdiyi vurğulanıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib və münaqişənin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələbləri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb. E.Məmmədyarov həmçinin, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin perspektivlərindən danışaraq, nəqliyyat sahəsində Polşa ilə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli fayda verə biləcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti