...

Bakının mərkəzində peyda olan ayı nəyin rəmzidir? (FOTO)

Siyasət Materials 13 Aprel 2017 17:53 (UTC +04:00)
25 il ərzində Azərbaycan və Almaniya münasibətlərin inkişafı üçün möhkəm əsas yaradıb.
Bakının mərkəzində peyda olan ayı nəyin rəmzidir? (FOTO)

Bakı. Anaxanəm Hidayətova - Trend:

25 il ərzində Azərbaycan və Almaniya münasibətlərin inkişafı üçün möhkəm əsas yaradıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra tez bir zamanda Almaniya ölkə ilə diplomatik münasibətlər yaradıb:

"Bu gün biz Azərbaycan və Almaniya arasında dostluq rəmzini təqdim edirik. Mən çox şadam ki, Berlinin simvolu – rəngli ayı Baddi Bakıda bir guşədə öz yerini tapıb”.

Qeyd edək ki, Bakının mərkəzində dostluq simvolu ucaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti