...

Əfqanıstan Prezidenti və XİN rəhbəri Azərbaycana gələcəklər (ÖZƏL)

Siyasət Materials 14 Aprel 2017 15:47 (UTC +04:00)
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.
Əfqanıstan Prezidenti və XİN rəhbəri Azərbaycana gələcəklər (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xalili bildirib.

Diplomatın sözlərinə görə, Əfqanıstan lideri xarici işlər naziri Səlahuddin Rəbbani ilə birgə "Asiyanın ürəyi - İstanbul prosesi" formatının nazirlər səviyyəsində görüşündə iştirak edəcək.

Səfir xatırladıb ki, artıq martın 17-də Bakıda "Asiyanın ürəyi - İstanbul prosesi" ölkələrinin yüksək vəzifəli rəsmilərinin iclası baş tutub:

"Görüş böyük ehtimalla ilin ikinci yarısında keçiriləcək. Tarix dəqiqləşdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti