...

Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi ilə görüşüb

Siyasət Materials 14 Aprel 2017 19:36 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüşüb.
Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə TÜRKSOY-un fəaliyyəti, incəsənət və mədəniyyət sahəsində həyata keçirdiyi tədbirlər və türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Baş katib Düsen Kaseinov Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş Azərbaycan-TÜRKSOY əlaqələri haqqında kitabı təqdim edib.

TÜRKSOY-un fəaliyyətindən danışan Düsen Kaseinov Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş TÜRKSOY Gənclik orkestrinin İngiltərə, Şotlandiya və İtaliyada keçirilmiş konsertində səsləndirilmiş türk dünyası müasir klassik musiqi bəstəkarlarının əsərləri, həmçinin TÜRKSOY “Beynəlxalq Novruz bayramı” çərçivəsində Ankara, İstanbul, Nyu-York və Vaşinqtonda keçirilmiş konsertlərində səsləndirilmiş musiqilərin yer aldığı diski təqdim edib.

Görüşdə TÜRKSOY-un gündəliyində duran məsələlər, digər beynəlxalq qurumlarla əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti