...

Azərbaycanla Malta arasında ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə olunub (FOTO)

Siyasət Materials 18 Aprel 2017 14:54 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Malta parlamentinin spikeri Anqlu Farruca ilə görüşüb.
Azərbaycanla Malta arasında ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Maltaya rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin spikeri Anqlu Farruca ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Malta arasında əməkdaşlığın hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub və belə görüşlərinin keçirilməsinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tərəflər müasir dövrdə parlament diplomatiyasının rolunu xüsusi qeyd ediblər, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini önə çəkiblər. Dostluq qruplarının bu əlaqələrə verdiyi töhfələr təqdir edilib.

A.Farruca Azərbaycana çoxsaylı səfərlərini və ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb. E.Məmmədyarov Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlar barədə məlumat verib. O həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açıb, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığının genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətraflında fikir mübadiləsi aparılıb. Sonda E.Məmmədyarov parlamentin xatirə kitabına ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti