...

Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 18 Aprel 2017 15:54 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Maltanın xarici işlər naziri Corc Vella ilə görüşüb.
Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Maltaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Corc Vella ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə C.Vella 2016-cı ilin aprel ayında ölkəmizə etdiyi səfərini və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladaraq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.

İki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsinin məmnunluq ifadə edilərək, ikitərəfli münasibətlərin inkişafi baxımından son dövrlər həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd edilib.

Enerji sektorunda səmərəli əməkdaşlığın mövcudluğu, eləcə də iqtisadiyyatın digər sahələri, turizm, sərmayə qoyuluşu, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd olunub.

Azərbaycan və Malta arasında münasibətlərin daha da irəlilədilməsi baxımından ikitətərəfli hüquqi-normativ bazanın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, xüsusilə də iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafı üçün müvafiq sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.

Görüşdə həmçinin terrorçuluq, həll edilməmiş münaqişələrin beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə təhdid olduğu qeyd edilib. Bu xüsusda, nazir E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu, o cümlədən Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat verib.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Maltanın hazırda Avropa İttifaqına sədrliyinin bu əməkdaşlığa verə biləcəyi töfhələr haqqında fikir mübadiləsi aparılıb. Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasına Malta tərəfindən dəstək ifadə edilərək, Azərbaycanın Avropa üçün enerji, eləcə də nəqliyyat baxımından əhəmiyyəti vurğulanıb və bu sahədə müvafiq layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Sonda E.Məmmədyarov Malta Xarici İşlər Nazirliyinin xatirə kitabına ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti