...

Bahar Muradova: Əsas məqsəd deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılmasıdır

Siyasət Materials 20 Aprel 2017 12:23 (UTC +04:00)
“Milli Məclis üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin iclasında müzakirəyə çıxarılıb.
Bahar Muradova: Əsas məqsəd deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılmasıdır

Bakı. Elçin Mehdiyev – Trend:

“Milli Məclis üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin iclasında müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, iclasda çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən irəli gəlir.

B.Muradovanın sözlərinə görə, Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir.

Vitse-spiker deyib ki, dünyanın bir çox ölkələrində müvafiq dövlət qurumlarının rəhbərləri, seçkili orqanların rəhbərləri, bələdiyyə üzvləri və dövlət qulluqçularının, o cümlədən parlament üzvlərinin fəaliyyətini tənzimləyən qanunlar var.

B.Muradova qeyd edib ki, qanun layihəsinin əsas məqsədi deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, o cümlədən Milli Məclis üzvünün nüfuzuna xələl gətirə biləcək hərəkətlərdən çəkindirməkdir:

“Azərbaycanda parlament ənənələri və beynəlxalq təcrübə nəzərə alınaraq bu qanun layihəsi hazırlanıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti