...

Senator: Dağlıq Qarabağ məsələsi ilə spekulyasiya edən Fransa prezidentliyə namizədlər erməni seçiciləri cəlb etmək istəyirlər

Siyasət Materials 20 Aprel 2017 16:14 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsi ilə spekulyasiya edən fransalı siyasətçilər erməni əsilli Fransa seçicilərini cəlb etmək istəyirlər.
Senator: Dağlıq Qarabağ məsələsi ilə spekulyasiya edən Fransa prezidentliyə namizədlər erməni seçiciləri cəlb etmək istəyirlər

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağ məsələsi ilə spekulyasiya edən fransalı siyasətçilər erməni əsilli Fransa seçicilərini cəlb etmək istəyirlər.

Bu barədə Trend-ə Fransa Senatının Xarici əlaqələr komitəsinin sədr müavini Natali Qule deyib.

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çıxış edən Fransa prezidentliyə namizədlər Fransua Fiyon və Marin Le Penin qalmaqallı müsahibələrini şərh edən N.Qule bildirib: "Mənim sizə məsləhətim: Fransada təşviqat aparan siyasətçilərə etibar etməyin".

Onun sözlərinə görə, əhalinin məşğulluq, iqtisadiyyat, təhlükəsizlik kimi böyük problemləri olduğu Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında az adam məlumatlıdır:

"Buna görə də bəzi prezidentliyə namizədlərin bəyanatlarını ciddi qəbul etmək lazım deyil. Fransanın növbəti prezidentini gözləyin və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Fransadakı dostlarınıza etibar edin. Bir sözlə, təmkinli olun və seçkilərin nəticələrini gözləyin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti