...

Azərbaycanda hərrac mərkəzi yaradılıb

Siyasət Materials 23 Aprel 2017 16:22 (UTC +04:00)
Azərbaycanda bağlanmış bankların əmlakın satışını həyata keçirmək üçün hərrac mərkəzi yaradılıb
Azərbaycanda hərrac mərkəzi yaradılıb

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda bağlanmış bankların əmlakın satışını həyata keçirmək üçün hərrac mərkəzi yaradılıb. Bu barədə Trend-ə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, mərkəz Assosiasiyanın nəzdində fəaliyyət göstərəcək.

Qeyd edək ki, keçən il Azərbaycanda 11 bank bağlanıb - Qafqaz inkişaf bankı, United Credit Bank, Bank Standard, Zaminbank, Dekabank, Kredobank, Atrabank, Bank of Azerbaijan, Gandjabank, Texnikabank və Parabank.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti