...

İƏT-in Baş katibi: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır (ÖZƏL)

Siyasət Materials 24 Aprel 2017 16:00 (UTC +04:00)
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması vacib addımdır və qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır
İƏT-in Baş katibi: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır (ÖZƏL)

Bakı. Orxan Quluzadə - Trend:

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması vacib addımdır və qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır.

Bunu Trend-ə eksklüziv müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Usaymin deyib.

Onun sözlərinə görə, qadınların imkanlarının artırılması İƏT-in əsas hədəflərindəndir və bu, təşkilatın onillik fəaliyyət proqramında öz əksini tapıb.

Baş katib qeyd edib ki, İƏT-in onillik fəaliyyət proqramı təşkilatın üzv dövlətlərində qadınların qərar qəbul etmə prosesinə cəlb edilməsinin modelidir.

Yusif bin Əhməd əl-Usaymin Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından sonra ona təbrik məktubu ünvanladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti